Bu gün Qafqaz Point otelində, “İstanbul Shopping” festivalının mətbuat konfransı keçirilib.
“Vətəninfo.az”ın məlumatına görə, konfrans Türkiyənin Bakıdakı səfirliyi tərəfindən keçirilib. Konfransında səfirliyinin müşaviri Seyit Ahmet Arslan, İstanbul “Shopping Festivalının” təşkilatçısı Füsun Sönməz, Azərbaycanın Xalq artisti Aygün Kazımova iştirak edib.
Ahmet Arslan bildirib ki, son illərdə İstanbul turizm şəhərləri arasında öndə gedir. Bu illərdə 10 milyondan çox turist İstanbulu ziyarət edib:
“Bu festivalla biz İstanbulun bütün gözəlliklərini və imkanlarını dünyaya təqdim etmək istəyirik. “İstanbul Shopping” Festivalı 9-29 iyun müddətində keçiriləcək”
Füsun Sönməz mətbuat işçilərinə festivaldan bəhs edən slayt-disk təqdim edib və əlavə edib ki, ilk dəfə 2011-ci ildə keçirilən “İstanbul Shopping” festivalından 50 milyon lirəlik sərmayə əldə ediblər. Bu il isə 21gündə 7 milyard lirə əldə etməyi hədəfləyiblər.
Aygün Kazımova siə çıxışına Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeiri ilə başlayıb və bu konfransda iştirak etdiyi üçün məmnun olduğunu bildirib.
Konfransın sonunda Xalq artistinə hədiyyə və fəxri fərman təqdim edilib.
Könül İbrahim
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?