“İstəyirik ki, azərbaycanlılar öz dillərinin dövlət tərəfindən qorunduğunu hiss etsinlər”

“İstəyirik ki, azərbaycanlılar öz dillərinin dövlət tərəfindən qorunduğunu hiss etsinlər”
"Dövlət dilinin öyrədilməsi prosesi getdikcə intensivləşir, lakin hələ istənilən səviyyəyə çatmayıb. Gürcüstan vətəndaşı olan milli azlıq nümayəndələri təəssüf ki, hələ arzuolunan səviyyədə gürcü dilini mənimsəməyiblər”.
Vətəninfo.az xəbər verir ki, bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili deyib.

 "Milli azlıqlar olan gənclərə dövlət dilini öyrətmək sahəsində vəzifəm odur ki, 1+4 proqramını həyata keçirməkdə bütün imkanlardan istifadə edərək onlara kömək edim. Biz öz vətəndaşlarımız olan gənclərə əlavə stimul verməliyik ki, onlar ali məktəblərə qəbul ola bilsinlər. Keçən 5-6 il ilə müqayisədə görmək olar ki, bu istiqamətdə dinamik yüksəliş var. Bizim üçün çox vacibdir ki, milli azlıqlar öz milli köklərindən ayrılmasınlar. İstəyirik ki, azərbaycanlılar öz dillərinin dövlət tərəfindən qorunduğunu hiss etsinlər. Onlar hər yerdə öz dillərində azad danışmalıdır", - deyə o vurğulayıb.

 Dövlət naziri bildirib ki, milli azlıqların dilində qəzetlər, radio və televiziya olmalıdır: "Çünki insan biləndə ki, onun dili qorunur, həmin şəxsdə dövlət dilini də öyrənməyə istək yaranır. Biz bu iki məsələni - milli azlıqların dilinin və mədəniyyətinin saxlanılmasını ilə yanaşı dövlət dilinin öyrədilməsini vacib sayırıq. Fikrimcə, biz düzgün yoldayıq. Mənə görə dövlət dilinin öyrədilməsi daha da intensivləşdirilməlidir, çünki bu dövlət məsələsidir. Dili öyrətmək üçün isə daha çox kadrlar yetişdirib bölgələrə göndərmək və gəncliyin daha çox Gürcüstan cəmiyyətinə inteqrasiyasını sürətləndirmək lazımdır".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az