İtirdim qələmi

İtirdim qələmi

Qalib Şəfahət


 Itirdim qəlbimi oyuncaq kimi,
 Bir yoldan ötəni, tapanı olar.
 Bir gün tapıb, əzizləyib oynadan...
 Bir gun bəyənməyib, atanı olar.

 Bəlkə də ,kimsə də atıb gedəcək!
 Çilik-çilik olar, düşüb daş üstə.
 Yıxılar dolaşıb, ələ-ayağa-
 Təzədən qoyarlar, yenə baş üstə.

 Bəlkə də harasa yeriyib gedər
 Özünə bir yeni yuva qurmağa.
 Bəlkə də sınacaq qolu-qanadı
 Gücü çatmayacaq daha durmağa.

 Bəlkə də öləcək düşdüyü yerdə
 Ölüdü, diridi görən tapılmaz.
 Bəlkə də yanacaq ağzında dili
 Bircə qaşıq su da verən tapılmaz.

 Bəlkə də qocalıb düşəcək əldən,
 Nə oğul gələcək, nə qız baxacaq.
 Gözləyib-gözləyib yorulub yenə
 Girəcək yerinə, yenə yatacaq.

 Bəlkə də qəbrinin yerini bilib,
 Kimsə gül qoyacaq qəbrinin üstə.
 Mənim ürəyim ki, su yolu deyil!
 Nə çox get-gəliş var, səbrimin üstə.



MƏN QUZU QALA BİLMƏDİM

 Hamı məni əzizlərdi,
 Quzum deyib qucaqlardı.
 Sığallayıb yun dərimi,
 ... Isti yerlərdə saxlardı.

 Otlayardım bir cəməndə ,
 Dörd bir yanı gül-çiçəkdi.
 Dərdim vardı,nə də qəmim
 Fikrim təkcə böyüməkdı.

 Bir tərəfimdə bağ-baxca,
 Otlayardım nə istəsəm.
 Biillur kimi su axardı,
 Lap gözümün kölgəsindən.

 Yatmaq idi,bir otlamaq,
 Başqa dərdım yoxdu mənım.
 Bir gün çobandan xəbərsiz
 Bir qurd çıxdı mənə qənım.

 Qorxudan çıxmadı səsim,
 Bir anda kəsdı nəfəsim.
 Dərmi çıxardı boynumdan,
 Nə xəbərim qurd oynundan.

 Böyüyüb qoyun olmadım,
 Quzu oldum bu dunyada.
 Qurd öz qarnını doydurdu,
 Qoymadı çatım bu ada.

 Mən qoyun ola bilmədım,
 Quzu oldum bu dünyada.
 Yaxşı ki, qurdlar var imiş
 Qoymayır qoyun olmağa.

 Bu çobanın gunahından,
 Bu qurdların iştahından,
 Mən quzu qala bilmədim,
 Mən qoyun ola bilmədim.



YUXUMDA BİR İT HÜRÜR

Yuxumda bir it hürür -
çöldə qar-borandı yenə.
Yuxumda bir it hürür -
bir qız ah-naləsi
çökür içimə.
Yuxumda bir it hürür.
Yalquzaq tək çəkilmişəm
dünyanın bir küncünə.
Yuxumda bir it hürür -
tək-tənhayam yenə,
çəkilmişəm tənhalığıma, təkliyimə.
Yuxumda bir it hürür -
içim qurbətdi yenə.
Yuxumda bir it hürür -
Eh!..
Nə deyim sənə
Yuxuma it azdıran.

.....

Dizinə kimi mazuta batan,
ağzına toz-torpaq dolan,
geniş saraylardan xoşbəxt görünən,
özü-öz içində boğulan,
ölənlə ölən - Bakım.
Hər yeni doğulanla,
yeni doğulan Bakım.
Dünya sənə güvənir,
sən mazutlu dizlərinə.
Səni xoşbəxt görmək istiyəni,
sən bədbəxt elədin.
Afərin!
Allah sənə şəfa versin -
yoxsulun kor olmuş
gözləri kimi
işıq gəlsin gözlərinə.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az