İTV prezidentliyə namizədlər üçün qiymətləri açıqladı - 1500 manat

İTV prezidentliyə namizədlər üçün qiymətləri açıqladı - 1500 manat
İctimai Televiziya və Radio Yayımları Şirkəti aprelin 11-nə təyin edilən Azərbaycan Prezidentinin seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb.

Prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 7 manatdır.
Çıxışın saniyəsinin maksimum qiyməti isə 25 manat müəyyən edilib. Ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında çıxış edə bilərlər.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti prezidentliyə qeydə alınan namizədlərə həm də ödənişsiz efir vaxtı ayıracaq.
Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayır. (report)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az