Cəlilabadda zibilliyin yandırılması ağır yol qəza hadisəsinə səbəb olub.
Qəza nəticəsində 1 nəfər ölüb, iki nəfər isə yaralanıb.
"Vətəninfo.az" xəbər verir ki, hadisə avqustun 10-dan 11-nə keçən gecə Cəlilabad-Sərhədabad yolunun 3-cü km-də qeydə alınıb. Belə ki, kənddən rayon istiqamətində hərəkət edən “VAZ-2107” markalı avtomaşın qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobillə toqquşub. Zərbə güclü olduğundan “Jiquli” iki hissəyə parçalanıb.
Nəticədə “Jiquli”nin sürücüsü Cəlilabad rayon Abazallı kənd sakini Rəhman Hüseynov hadisə yerində keçinib. “Mercedes”in sürücüsü 23 yaşlı Şabanlı kənd sakini Elnur İbrahimov və “Jiquli”də olan digər sərnişin ağır yaralanıb.
Rayondakı Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıların vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, xoşagəlməz hadisəyə səbəb yolun kənarındakı zibillikdən qalxan qatı tüstü üzündən görmə məhdudiyyətinin azalması olub.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
Gün.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?