Hazırda Ədliyyə Nazirliyi Penitensar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Azər İsrafilov əfv ərizəsi yazıb.
Vətəninfo.az xəbər verir ki, jurnalistin ailəsindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyevə müraciət edən jurnalist ərizəsində bildirib ki, 2014-cü ilin may ayında Ağır Cinayətlər Məhkəməsi tərəfindən 178.3.2 maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb 2013-cü ildə vətəndaş Sevinc Səfərovadan aldığı 20 min manatın pulun əvəzinə 11 min 500 manat qaytarması olub. Pul tam qaytarılmadığı üçün S.Səfərovanın şikayəti əsasında ona 7 illik həbs cəzası verilib. Bir müddətdən sonra zərərçəkənin qalan pulu ödənilib və barışıq ərizəsi yazılıb. Bu səbəbdən də jurnalist Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə zərərçəkənə dəymiş ziyanın tam ödənildiyini, tərəflərin barışıq əldə etdiyini, Azər İsrafilovun himayəsində 2 azyaşlı uşağın olduğunu, ilk məhkumluğu nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib və cəzası 7 ildən 3 ilə endirib.
Artıq 1 ildən çoxdur, məhkumluq həyatı yaşayan jurnalist dövlət başçısı tərəfindən əfv olunmaq istəyir: “Mən Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirmişəm. 2007-ci ildən bir neçə televiziya kanalında işləmişəm. Jurnalist fəaliyyətim dövründə dövlətə və dövlətçiliyə sadiq olmuşam. İstəyirəm ki, azadlığa çıxaraq bir jurnalist kimi yenidən dövlətimə xidmət edim”.
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...