Azərbaycanda ictimai iaşə müəssisələrində (kafe, restoran, otel və s. ) termiki oksidləşmə dərəcəsi 1%-i keçmiş frityur yağlarının istifadə olunması qadağan edilib.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bu, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən AZS 804-2015 “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları. Ümumi texniki şərtlər” dövlət standartında ictimai iaşə məhsullarının (xörəklər, kulinariya məmulatları və kulinar yarımfabrikatları, çörək-bulka və unlu qənnadı məmulatlarının məcmusu) keyfiyyət və təhlükəsizliyinə ümumi tələblər sırasında yer alıb.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov bildirib ki, söhbət qızartma yeməklər hazırlanarkən bir neçə dəfə istifadə edilən bitki yağlarından gedir: “Əgər bitki yağlarında bir neçə dəfə tutaq ki, kartof qızardılarsa, o halda bitki yağları oksidləşir. Bu da sağlamlıq üçün ziyanlıdır. Ona görə də oksidləşmə dərəcəsi 1%-i keçmiş frityur yağlarının istifadə olunmasına qadağa qoyulması təqdir edilməlidir”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?