Keçmiş polis əməkdaşı qətlə yetirilib

Keçmiş polis əməkdaşı qətlə yetirilib

Azərbaycan paytaxtında silahlı insident olub.

 

Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Əzimzadə küçəsi 20 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.

 Daha sonra R. Həsənov idarə etdiyi "Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Zakir oğlu Məmmədovun idarə etdiyi "Toyota” marakalı avtomobilə çırpıb. Nəticədə R. Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

 Hadisəni törədən R. Həsənov saxlanılıb.

 Polisdən bildirilib ki, qətlə yetirilən N. İbrahimov keçmiş polis əməkdaşıdır.

 Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az