Keçmiş prokuror AZADLIĞA BURAXILDI

Keçmiş prokuror AZADLIĞA BURAXILDI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəxrəddin Alıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində bəraət hökmü çıxarılıb.
 
Baş Prokurorluqda idarə prokuroru olmuş F.Alıyev həbsdə olan şəxsə bəraət veriləcəyini vəd verərək 60 min manatdan çox pul almaqda ittiham olunub. Həmin şəxsin şikayəti əsasında araşdırma aparılıb və onun barəsində cinayət işi başlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib, barəsində həbs qətimkan tədbiri seçilməyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az