“Vətəninfo.az”ın məlumatına görə, Neftçalada Kür boyunca dib-dərinləşdirmə işlərinin təşkili üçün bazanın tikinti işləri ilə tanış olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, bazadakı texnika çay boyunca dib-dərinləşdirən, lil sovuran gəmilərdir: “Sovrulan lil üzən borular vasitəsilə kənara daşınacaq. Hələlik 3 gəmidən biri Kür çayının deltasındadır, ikisi isə əsas bazaya gətirilib. Kürün deltası uzun illər ərzində lillə tutulub. Biz deltanı 15 metr genişləndirəndən sonra bu gəmiləri gətirə bildik”.Nazir deyib ki, nazirlik Hollandiyanın "Royal Haskoning" və Deltares” şirkəti ilə əməkdaşlıq edir: “Onlar Kürün Mingəçevirdən deltasına qədər olan hissəsində təhlillər aparıblar. Bu təhlillərin nəticəsində lazımi texnika alınıb. Burda daimi iş aparılacaq”. K.Heydərov qeyd edib ki, Sabirabad, Salyan və Neftçala ərazilərində hazırda çökdürmə hovuzları olan yardımçı bazalar da tikilir və bu gündən çayın deltasında işlərə başlanılıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?