Kənan Hacı özünü yaxşı hiss etmir

Kənan Hacı özünü yaxşı hiss etmir
 "10 gün xəstəxanada qaldım. Yüngül müalicələr aldım. Sağ olsunlar, yaxşı baxırdılar. Dünən evə buraxdılar. Vəziyyətim orta-ağır kimi qiymətləndirilir”.
Bunu  Hepatit C xəstəliyindən əziyyət çəkən şair Kənan Hacı bildirib. Avqust ayının əvvəllərində qəflətən səhhəti ağırlaşan şair 10 gün 1 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunub. Dünən evə buraxılan şair səhhəti barəsində bunları əlavə edib: "Hepatit C elə xəstəlikdir ki, virus get-gedə dərmanlar, müalicələr vasitəsilə təmzilənməlidir. Hazırda evə buraxılsam da, özümü o qədər də yaxşı hiss etmirəm. Düzdür, əvvəlkinə nisbətən babatam, amma yenə də yaxşı demək olmaz”.
Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az