"Kim Zeynəb Xanlarovaya zəng edə bilər ki?"

Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayeva solo konsertə hazırlaşır.

Miq.az bildirir ki, konsert hazırlıqları ilə bağlı aznews.az-a danışan sənətçinin sözlərinə görə, əlavə qonaqları da ola bilər: "Konsertdə tam fərqli repertuar olacaq. Repertuarda Xalq artisti Zeynəb Xanlarovanın mahnıları, aşıq mahnıları, muğam dəstgahı, türk klassikası, mərhum sənətkar Hacıbaba Hüseynovun mahnılarından səslənəcək. Ola bilsin ki, qonaqlar da olsun, amma onların kimliyindən xəbərsizəm. Bəlkə Zeynəb xanım bu dəfə də konsertə gələr, hələ ki bilmirik". 

"Z.Xanlarovanın repertuarına müraciət edərkən özündən icazə almısınızmı" sualına isə E.Abdullayeva belə cavab verib: "Biz Zeynəb xanımın musiqiləriylə böyümüşük. Həmin mahnılara müraciət etdiyimə görə, Zeynəb xanımdan icazə almadım. Zeynəb xanımın mahnıları sənətdir, bu üzdən onu oxumağı özümə borc bildim. Kim Zeynəb xanıma zəng edib ondan icazə ala bilər? Mən onun telefonuna necə zəng edə bilərəm, imkansızdır".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az