Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə deyib ki, bu gün orta ixtisas təhsili müəssisələrinin böyük hissəsi kollec adlandırılır. Təhsil Nazirliyinin planlarına əsasən, kolleclərin ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq: “Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin artırılması və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii olaraq, biz burada ixtisaslara baxacağıq”.
M. Cabbarov əlavə edib ki, son illərdə Azərbaycanın təhsil sistemində paradoksal vəziyyət yaranıb: “Bu gün pis məktəb direktoru deyəndə valideynlər tərəfindən X-XI siniflərdə şagirdlərin bütün fənlərdən iştirakını tələb edənlər nəzərdə tutulur”.
Nazir bildirib ki, valideynin fikrincə şagird I ixtisas qrupunu seçibsə, ona uyğun fənləri bilməsi kifayətdir digər 10-12 fənn ikinci dərəcəlidir: “Bu sistemdə müəyyən ziddiyyət var. Bir tərəfdən məktəblərdə təmayülləşmə, ixtisaslaşma yoxdur, amma digər tərəfdən biliyin qiymətləndirilməsi aparılır. Bu da bir çox mənfi hala gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, 2015-ci ildən 10-larla məktəbdə pilot olaraq təmayülləşmə prinsipi tətbiq ediləcək”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər