Nazirlər Kabinetinin bu gün keçirilən toplantısında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib.
Vətəninfo.az xəbər verir ki, sahibkarlığın inkişafı barədə danışan prezident
bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli
sürüldüyünü bildirib:
"Tam qaydada, şəffaf
şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki formalaşmayıb.
Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir.
Mənə məlumatlar gəlir ki,Vergilər Nazirliyi özünü sərt aparır. Burada
iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni
şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir.
Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç
kimə bir manat da verməməlidirlər.
Dövlət
qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər.
Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra
hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, "krışalıq” edirlər. Buna
son qoyulmalıdır, yığışdırılmalıdır”.