Kürdəmirdə qeyri-adi canlı görənləri şoka saldı FOTO, VİDEO

Kürdəmirdə qeyri-adi canlı görənləri şoka saldı FOTO, VİDEO
Naməlum canlının zəhəri ilandan da pisdir

Kürdəmirdə qeyri-adi canlı peyda oldu.

Miq.az xəbər verir ki, canlını tutan kənd sakini Seymur Hüseynov bildirir ki, birinci dəfədir belə bir heyvanla qarşılaşır.

Seymur Hüseynov - kənd sakini: "Bu gün səhər-səhər həyətyanı sahəmdə ot bağlayarkən, press otu bağlaya-bağlaya gedirdi, mən də arxasınca gəlirdim, balaca topa ot qalmışdı, otu qaldırdığım halda onun altından çıxıb, ayağıma cumdu. Heç təsadüf eləməmişəm. Yaşlı olan insanlara da yolboyu göstərmişəm, hələ belə bir heyvana rast gəlməyiblər".

Kürdəmir rayon sakini Surxay Əsədov kərtənkələyə bənzəyən bu canlının daha təhlükəli olması ehtimalındadır.

Surxay Əsədov - rayon sakini: "Bu baladır, bunun anası var. Yoxlamaq lazımdır ki, bu necədir? Balaca heyvan, ağır zəhərli. Bunun zəhəri ilandan pisdir".

Tapılan heyvanın hansı növə aid olması barədə ən dəqiq fikri isə mütəxəssislər söyləyəcək.

Mənbə: ARB





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az