Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağmünaqişəsinin həlli məsələsini müzakirə edəcək.

"Report"un məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
"ATƏT-in baş katibi Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskvada olacaq", - o deyib.
M.Zaxarovanın sözlərinə görə, S.Lavrovla T.Qreminqer Donbass, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu və digər məsələləri müzakirə edəcəklər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az