Lavrov Qarabağ danışıqlarının SİRRİNİ AÇDI: "İki-üç mövzu üzrəndə razılaşma...”

Lavrov Qarabağ danışıqlarının SİRRİNİ AÇDI:
"Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinin nizama salınmasında əsas aspektlərdən hələlik uzaqdırlar”.

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, işğal olunmuş rayonlar Azərbaycana qaytarılmalıdır.

"Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Həmçinin, Qarabağın statusu təyin olunmalıdır, sözsüz ki, orada yaşayan insanların qayıdışı da nəzərə alınmalıdır. Hazırda son paket üçün əsas olan iki, üç mövzu müzakirə edilir. Dəqiq deyəcəm ki, biz bu məsələlərin razılaşmasından uzağıq”, - deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az