"Lələ Təpə" uğrunda döyüşmüş gizirdən Beyləqan İcra Hakimiyyətinə ittiham

Aprel döyüşlərində yaralanan daha bir döyüşçümüz İcra Hakimiyyətinin laqeydliyindən narazılıq edir. Hazırda Beyləqan rayonunun Əmir Zeyidli kəndində yaşayan F. Quliyev deyib ki, hazırda əmək qabiliyyətini itirdiyi üçün ailəsinə baxa bilmir: "27 yaşım var və aprel ayının 2-də Füzulidə, Lələ Təpədə gedən döyüşlərdə yaralanmışam. Yaram hələ tam sağalmayıb, ayağımda aparat  var və hazırda hospitalda müalicə olunuram. Başımdan, ayağımdan və ağzımdan qəlpə yarası almışam”.
 
Tia.az-a verilən məlumata görə, 3 azyaşlı uşaq atası olan F. Quliyev deyir ki, sosial vəziyyəti çox ağırdır və hazırda uşaqların qaldığı  çiy kərpicdən tikilmiş ev qəza vəziyyətindədir: "Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm, ancaq kömək edən yoxdur”.
 
Gizir F. Quliyev müalicəsindən razı olsa da, evinin uçmaq ehtimalı olduğu üçün ailəsindən nigarandır: "Müalicəmlə bağlı bir problemim yoxdur. Ancaq hazırda hospitalda müalicə aldığım üçün  üç övladım shaibsiz qalıb. Onlara baxan yoxdur.  Evimiz də yaşayış üçün yararsız vəziyyətdədir. Beləki,  hər an uça bilər. Əmək qabiliyyətimi itirmişəm, uşaqların təhlükəsizliyi üçün heç nə edə bilmirəm”.
 
Qeyd edək ki, gizir uşaqlarının normal yaşayış şəraiti ilə təmin olunmaları üçün aidiyyatı olan dövlət qurumlarına müraciət etdiyini, lakin bunun nəticəsiz qaldığını bildirib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az