Lənkəranda ağır qəza: bir ailənin 5 üzvü yaralandı

Lənkəranda ağır qəza: bir ailənin 5 üzvü yaralandı
Lənkəranda avtomobil qəzasında biri uşaq olmaqla, beş nəfər xəsarət alıb.

Miq.Az Report-a istinadən xəbər verir ki, hadisə Aşağı Nüvədi qəsəbəsi ərazisində baş verib. Belə ki, rayonun Osaküçə kənd sakini, 1967-ci il təvəllüdlü Rasif Cəfər oğlu Qənbərova məxsus VAZ-2104 markalı 90 FB 281 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı sükan arxasında avtomobil sahibinin kürəkəni, 1999-cu il təvəllüdlü Yusif Mais oğlu Nəhmətov olub. Ailə üzvləri istirahətdən qayıdarkən sürücü, 1967-ci il təvəllüdlü Rasif Qənbərov sərxoş olduğundan avtomobili idarə etməyi Y.Nəhmətova həvalə edib. Qəza zamanı sürcü özü xəsarət almasa da, qaynatası R.Qənbərov, 1975-ci il təvəllüdlü Naibə Balağa qızı Qənbərova, 1977-ci il təvəllüdlü Sahibə Balağa qızı Həsənova, 2003-cü il təvəllüdlü İlqanə İbrahim qızı Həsənova və 2013-cü il təvəllüdlü Asim Rasim oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və ilkin zəruri tibbi yardımlardan sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az