Levon Ter-Petrosyan seçkiləri təxirə salmağa çağırdı

Levon Ter-Petrosyan seçkiləri təxirə salmağa çağırdı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi "Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası” bloku bütün siyasi güclərə müraciət edərək parlament seçkilərinin 9 aprel tarixinə qədər təxirə salınmasına çağırış edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, seçki bloku bu təklifini 2 amillə izah edib: "Birinci, seçkilərin tarixi konstitusiya qaydalarının pozulması yolu ilə gerçəkləşib. İkincisi isə, aprelin 2-si Dağlıq Qarabağdakı döyüşlərin 1 ili tamam olacaq. Bu günü həlak olanların yaxınları onların məzarı başında qeyd edəcək”.

Ermənistan Milli Konqresi seçkilərin 9 apreldə keçirilməsi üçün bütün siyasi gücləri konsensusa çağırıb. Xatırladaq ki, Serj Sarkisyan seçki bloklarının razı olacağı halda, seçkilərin tarixinin dəyişdirilməsinə normal baxdığını demişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az