“Ləzgi”məscidinin imamının həbsində Qamət Süleymanovun əli var-İDDİA
Vətəninfo.az bir neçə gün öncə "Ləzgi”məscidinin imamı Mübariz Qarayevin həbsi ilə bağlı elektron ünvanına daxil olan məlumatı yayımladıqdan sonra. Saytın elektron ünvanına yeni bir məluat daxil olub.
Məlumatda iddia edilir ki, "Ləzgi”məscidinin imamı Mübariz Qarayev böyük hörmətə malik biridir və bir sıra dini, elmi kitabların tərcüməsində zəhməti olub. 2015-ci ilin mart ayında "Namaz təlimi" kitabını satdığına görə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Məlumatda iddia edilir ki, Mübariz Qarayevin tutulmasında MTN-in xüsusi "marağı" olub. Altı mənbədən ardı arası kəsilmədən yazılan şikayət məktubları əsasında bu iş baş tutub. İddiaya görə, Mübariz Qarayevin həbs edilməsində Qamət Süleymanov əli olub.
Məlumatda oda vurğulanır ki, Əlixan Musayev adından Mübariz Qarayevin azadlığa buraxılması ilə bağlı bəyanat "Ləzgi” məscidində, Qaraçuxur və İlhaiyyat məscidində gün ərzində vərəglər formasindan paylanılıb.Eyni məlumat watsap vasitəsi ilə də paylaşılıb.
Vətəninfo.az