Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkəmizdə işgüzar səfərdə olan türkiyəli millət vəkili, Qara dəniz İqtisadi Birliyi Parlamentlər Assambleyasında Türkiyə qrupunun rəhbəri İsmayıl Safi və Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin icraçı direktoru Hikmət Erenlə görüşüb. “Vətəninfo”nun məlumatına görə, görüşdə Türkiyə Sivil Toplun Quruluşları ilə Azərbaycan Qeyri-Hökumət Təşkilatları arasında əməkdaşlıq məsələləri haqda geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, dövlətlərimiz arasında ən yüksək siyasi, iqtisadi və mədəni səviyyələrdə həyata keçirilən qarşılıqlı əməkdaşlığın səmərəsini artırmaq üçün ölkələrimizin qeyri-hökumət təşkilatlarının əlaqələrinin gücləndirilməsi vacibdir. Azay Quliyev müasir dünyanın ictimai həyatında QHT-lərin artan rolunu vurğulayaraq, birgə fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini bildirib. O, regionda mövcud olan problemlərin həllinə vətəndaş cəmiyyətlərinin verə biləcəyi töhfələri qeyd edib. Gələcək əməkdaşlığın coğrafiyasının genişləndirilməsi və əlaqələndirilməsi üçün görüləcək işlərlə bağlı təkliflər irəli sürülüb və təmasların davam etdirilməsi qərara alınıb. Görüşdə iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva da müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bildirib.
Əli
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?