Maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

Maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, sənədə əsasən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.2-ci maddəsinə "vergi yoxlamalarına” sözlərindən sonra "və maliyyə bazarları sahəsində aparılan yoxlamalara” sözləri əlavə edilib.

Bu dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az