Marina Durunda “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Marina Durunda “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Almaniyanın Ştutqart şəhərində bədii gimnastika üzrə dünya çempionatı davam edir.

 Vətəninfo.az  AZƏRTAC-a istinadla xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan gimnastı Marina Durunda çoxnövçülük yarışlarının final mərhələsində mübarizə aparıb. Hər dörd hərəkətin cəmində gimnastımız 71,399 xal toplayaraq dünya çempionatında altıncı olub. Bu nəticə ilə gimnastımız gələn il Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, çempionatda ilk 15 pillədə qərarlaşan idmançılar "Rio-2016”ya vəsiqəni təmin ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az