"Mavi balina" daha bir can aldı - Ağdaşda 12 yaşlı uşağın intiharının TƏFƏRRÜATI

İntihar hadisəsi dünən baş verib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Nehrəxəlilli kənd bələdiyyəsinin müavini 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharı haqda danışarkən deyib.
Onun sözlərinə görə, 12 yaşlı oğlanın dəqiq hansı səbəbdən intihar etməsi məlum deyil:
"Amma kənd camaatının dediyinə görə, uşaq hansısa intelektual oyun oynayırmış və valideynləri də onu oyuna girməyə qoymayıb. Yəni, belə səbəbdən olduğu deyilir. Amma mən indi xəstəxanaya gedirəm. Dəqiq məlumatı yəqin orda biləcəm”.
Qeyd edək ki, mətbuatda Ağdaş rayonunun Ləki qəsəbəsində 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlovun yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar etdiyi barədə məlumat gedib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az