Məhərrəmliyə etiraz edən müğənni: “Bu dəfə ana-bacı söyüşü söydü” – Statusda + Foto
Məhərrəmliyə etiraz edən müğənni: "Kim məni təhqir etsə, evinə gələrəm, anası bacısıyla…” – Foto
Miq.az xəbər verir ki, bir neçə gün öncə Məhərrəmlik keçirilməsinə və İmam Hüseynə yas saxlanmasına etiraz edən müğənni Vüqar Muradov uyğun sözlərinə görə Azərbaycan müsəlmanları və bəzi tanınmış şəxsiyyətlər tərəfindən sərt şəkildə qınandı.
SizinYol məlumat verir ki, indi isə müğənni öz facebook səhifəsində onu sərt şəkildə qınayanların ünvanına ən pis namus söyüşləri yollayıb.
Qeyd edək ki, müğənninin Məhərrəmliyə etiraz etməsinin səbəbi Məhərrəmlikdə 40 gün toyların dayanması olub.
Lakin düşüncəli hər bir insan bilir ki, azadlıq, ədalət, haqq uğrunda bütün ailəsini qurban verən İmam Hüseyni unutmamaq ən böyük dəyərədir və bu iş uca Allahın xalqımıza öz maddi və mənəvi bərəkətlərini nazil etməsinə səbəb olar.
İmamlara dil uzadanın dili qurusun`
"İmamlara dil uzadanın dili qurusun. Mənim imamlarla nə işim var?! Heç kimin inancı təhqir olunmayıb, oluna da bilməz. Mən imam görmüşəm ki, hələ onun pisliyini də görüm, onun haqqında pis və yaxşı nə isə deyim? Hər kəsin fikir bildirmək hüququ var”.
Bu sözləri də gənc müğənni Vüqar Muradov Femida.az-a açıqlamasında bildirib. O deyib ki, məhərrəmlik ayında 2 ay yas saxlamaq müsəlmanların dini kitabı olan Qurani-Kərimdə yoxdur.
"Məhəmməd Peyğəmbər, həmin o imam Hüseynin babası, öz kitabında müsəlmana 3 gün yas saxlamağı buyurub. Mən özümdən nə isə deməmişəm. Müsəlmanam deyənlərin kitabından nümunə gətirərək demişəm ki, Quranda 2 ay yas saxlamaq yoxdur. Mənə nə, kim yas saxlayır, kim yas saxlamır. Mən sadəcə Quranı dəlil gətirdim. Allah bütün vətən və din uğrunda şəhid olanlara rəhmət etsin. Hamımız bu vətənin övladıyıq, bizim düşmənimiz ermənidir, Vüqar Muradov deyil.
Söyüş söyüb, qanmadan məni təhqir edənlər, bir az vicdanınız olsun. Allah sevən, onun əhli-beytini sevən insan bu qədər əxlaqsız ifadələr işlətməz. Mənim ailəm, köküm bəlllidir, namuslu, qeyrətli Azərbaycan ailəsinin övladıyam. Biri gizli nömrədən zəng edir, biri sosial şəbəkələrdən yazıb təhqir edir. Siz hansı millətdənsiniz?! Əgər Azərbaycan övladısınızsa gedin ermənilərlə mübarizə aparın, mənimlə nə işiniz var? İmkan verin həyatımızı yaşayaq, mənə bu qədər təhqir yazanların hərəsi əlinə bir silah alsaydı Qarabağ alınmışdı”.
Qeyd edək ki, müğənni Vüqar Muradov məhərrəmlik ayında 40 gün yas saxlanılmasına qarşı çıxması bir çox inasanlar tərəfindən ölümlə hədələnib, təhqir olunub.
Miq.az