Məktəb direktorunun evi yandırıldı - Foto

Məktəb direktorunun evi yandırıldı - Foto
Quba rayonunda məktəb direktorunun evi yandırılıb.

Miq.az  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qırız Dəhnə kəndində baş verib.
Belə ki, həmin kəndin orta məktəbinin direktoru Xəlil Sərkərova məxsus ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülsə də, ev sıradan çıxıb.

İlkin ehtimala görə, ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanıb. 
Ev sahibi isə hadisənin qəsdən törədildiyini iddia edir. O, bu fikrini evdən çıxarkən bütün işıq və qaz naqillərini cərəyandan ayırması ilə əsaslandırıb. Yanğın zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.
Hadisə yerinə gələn Quba Rayon Polis Şöbəsinin əməkdaşları da evin qəsdən yandırılması ehtimalını bildiriblər. 
Yanğının səbəbi araşdırılır.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az