Türkiyədə küçələrin birinə Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri, Milli qəhrəman İbad Hüseynovun adı verilib.
Vətəninfo.az xəbər verir ki, Azərbaycanın ən tanıanmaış qəhrəmanlarından birinin adını daşıyan küçə paytaxt Ankarada, Gölbaşı rayonundadır.
Mərasimdə iştirak edən Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Cəlal Güzəl Türkiyə və Azərbaycanaın tək millət iki dövlət olduğunu bir daha xatırladıb.

"Türk milləti hər zaman Azərbaycanın arxasındadır. Heç vaxt Ermənistan üçün Azərbaycanı yarı yolda qoymarı. Soyqırıma biz məruz qalmışıq. Amma bunu bağışlaya bilərik. Tək bir şərtlə. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Sonra biz iki milyon ermənini yedizdirərik onsuzda. Qarabağın işğalı mütləq şəkildə bitməlidir. Ondan sonra münasibətlər düzələ bilər".
Ad vermə mərasimində İ. Hüseynov özü də iştirak edib. O, bu addıma görə Gölbaşı bələdiyyəsinə təşəkkür edib. "Savaşmaq hər bir türkün, hər bir gəncin millətinə borcudur".
Qeyd edək ki, İbad Hüseynov 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Xocavənddə başını kəsərək öldürmə iddiası ilə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli film çəkilib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?