Əhəd Abıyev: "Biri gəlir ki, 14 uşağım var bunları necə saxlayım?"
"Məmur gərək nəinki jurnalistə qarşı, vətəndaşa qarşı da da kobud olmasın. Onun da hüquqları, deyiləsi sözü var. Dinləmək, insan kimi yanaşmaq lazımdır".
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Ölkə.Az-a Daşkəsən rayon İcra Hakimiyətinin başçısı Əhəd Abıyev jurnalist-məmur münasibətlərindən danışarkən deyib. O, qeyd edib ki, insanlar gərək bir-birlərini başa düşsünlər:
"Hərdən adamı elə əsəbləşdirirlər, sinir sisteminə toxunan sözlər deyirlər ki, qalırsan pis vəziyyətdə. Burada söhbət təkcə jurnalistlərdən getmir. Məsələn, adi vətəndaş gəlir deyir ki, "14 uşağım var, mən bunları saxlaya bilmirəm, nə edim?". Sən də sual vermək istəyirsən ki, "mən sənə demişdim 14 uşağı dünyaya gətir"?. Sual içindən sual çıxır. 14 uşağın olmağı bir tərəfdən yaxşıdır ki, millətin sayı artır. Amma vətəndaş tələb edir ki, bu uşaqların yeməyini, içməyini verin. Soruşanda nə işləmisən? -Deyir: "Sürücü. İndi də gözlərim görmür, işləyə bilirəm".
Axı burada günahkar biz deyilik. Yəni belə vəziyyətlərdə insanda əsəb yaranır. Ancaq hər iki tərəf xoş münasibətdə olsa, insanlar bir-birlərini başa düşsələr bütün işlər qaydasında olar".
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ