“Mən onun istefasını daha tez gözləyirdim” – Bayram Səfərov

“Mən onun istefasını daha tez gözləyirdim” – Bayram Səfərov

"Serj Sarkisyanın istefası bir az gec oldu. Mən onun istefasını daha tez gözləyirdim”.

APA-nın xəbərinə görə, bunu "Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B. Səfərov bildirib ki, Sarkisyan təkcə Azərbaycanın yox, həm də erməni xalqının düşmənidir: "Sarkisyanla Köçəryan hakimiyyəti əldən verməmək üçün düşmənçilik mövqeyi tutaraq, ermənilərin bu gün səfalət içərisində yaşamasının səbəbkarıdırlar. Sarkisyan bizim düşmənimizdir. Xocalıda günahsız insanların ölümünə bais olub, əlləri qana batıb. Özləri də bunu etiraf ediblər. Gün gələcək törətdikləri cinayətə görə məhkəmə qarşısında cavab verəcəklər”.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az