Məşhur aktyor: “Özümüzü satıb qarşılığında pul alırıq”

Məşhur aktyor: “Özümüzü satıb qarşılığında pul alırıq”
"Space” televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm” verilişində maraqlı anlar yaşanıb. 

Unikal.org xəbər verir ki, verilişdə bu gün "alış-veriş” mövzusu müzakirə edilib.
Verilişin qonaqları musiqiçi Pərvin Həsənoğlu, jurnalist Seymur Verdizadə, aktyor Kazım Abdullayev, aşıq Vasif Cənublu olub. Müzakirələrdə maraqlı məqamlar baş verib.
Aktyor Kazım Abdullayev sənət sahəsindəki alış-verişdən danışıb. O, bildirib ki, aktyorun işi alış-verişdən keçir:
"Bizim sənət də alış-veriş kimidir. Belə ki, biz özümüzü satıb onun müqabilində pul alırıq. Yəni, səsimlə dublaj edirəmsə, reklam yazıramsa, onun müqabilində pul alıram. 
Elə filimə çəkilirəmsə bu da alış-veriş kimidir. Hər şey pula bağlıdır. Demək olar ki, Azərbaycanda çəkilən ilk serialların çoxunda mən yer almışam. Bu günə qədər 15-ə yaxın serialda rol almışam”.
O, daha sonra filmlərə, seraillara pul buraxılmaması məsələsinə də toxunub:
"Sponsor olmalıdır ki, ortaya yaxşı film çıxsın”.
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az