Messi və atasına - 21 ay həbs

Messi və atasına - 21 ay həbs
İspaniyanın "Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi və onun atası Xorxe Messi barəsində 21 ay müddətinə həbs qərarı çıxarılıb.
 
Axar.az Tayms-a istinadən xəbər verir ki, İspaniya məhkəməsinin çıxardığı qərara görə, futbolçu və onun meneceri olan atası 2013-cü ilin yayından İspaniyada vergidən yayınıb.
 
Hər iki şəxsin 2007-2009-cu illərdə vergi sənədlərini saxtalaşdırmaqla İspaniya büdcəsinə 4.1 milyon avro ziyan vurduğu bildirilib.
 
İspaniya qanunlarına əsasən, cəza 24 aydan az olarsa, şəxslər dəmir barmaqlıqlar arxasında qalmayacaq. Məhkəmənin qərarına əsasən, Messi 2 milyon avro, atası isə 1.5 milyon avro cərimələnib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az