Metroda baş verən intihar hadisəsinin əsl VİDEOsu

Metroda baş verən intihar hadisəsinin əsl VİDEOsu
8 yanvar tarixində axşam saatlarında metroda intihar hadisəsi baş verib. Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu qatar "Ulduz" stansiyasına daxil olarkən özünü relslərin üzərinə atıb.

Milli.Az xəbər verir ki, hadisə baş verdikdən sonra bəzi saytlar həmin ana aid olduğu deyilən, əslində isə 3 il əvvəl "Ulduz" stansiyasında baş verən intiharın videosunu yayıblar. Lakin  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə baş verən vaxt tuneldə 15 nömrəli yeni qatar olub.
Miq.az hadisənin baş verdiyi zaman çəkilən videonu təqdim edir:Hadisə nəticəsində həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb. Ölən şəxsin meyiti relslərin üzərindən çıxarıldıqdan sonra qatarların hərəkəti bərpa olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az