“Millət necə tarac olur olsun” Sabirin deyilmiş

“Millət necə tarac olur olsun” Sabirin deyilmiş

Şeir deyəndə çoxumuzun yadına Sabir düşür.

 Sabir deyəndə də “Millət necə tarac olur olsun” şeiri..

 Bəs bu şeir Sabirin deyilsə, onda necə?

 Azərbaycan ədəbiyyatşünaslığı 40 ildir bu şeirin kimə məxsus olduğunu sübut etsə də bu şeir hələ də Sabirin adına yazılır.

 Bəs bu şeir kimindir?

 Tarixi səhv necə olmuşdu?

 Molla Nəsrəddin redaktorları o şeir haqqında nələr demişdi?

 Başlayırıq.

 Redaktorlar “yox” deyir

  Mirzə Cəlil Sabir haqqında xatiratım məqaləsində yazırdı:

 “Sabirlə maraqlananlara iqrar edirəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var” adlı mənzuməni bu saat camaatımız Sabirə isnad etdiyini mən inkar edirəm. Əvvələ o səbəbə ki, həmin mənzumənin əlyazması Sabirin xətti ilə yazılmamışdır, ikinci dəlilim budur ki, şeir özü bir qədər zəifdir və bəhər surət Sabirə yaraşmır. Burada Sabir şivəsi və Sabir ruhu görünmür”.

 Mirzə Cəlil həmin məqalədə Sabirin ilk dəfə “Molla Nəsrəddin” jurnalının səkkizin nömrəsində şeirlərinin çap edildiyini göstərir. Halbuki “Millət necə tarac...” şeiri jurnalın 4-cü nömrəsində nəşr edilmişdi.

 Cəlil Məmmədquluzadənin bu fikirləri bir neçə cəhət üzrə həqiqət sayılmalıydı. Hər şeydən qabaq o jurnalın redaktoru idi, jurnalda çap edilən materialları özü qəbul, redaktə və çap edirdi. Bundan başqa onun gözəl yaddaşı vardı və ən ümdəsi Sabiri ürəkdən sevən bir dost hansı əsasla yalan söyləməli idi? Amma Mirzə Cəlil şeirin əsl müəllifinin kim olduğunu bu məqalədə də yazmamışdı. Bu barədə bir az sonra...

 Mirzə Cəlilin bu iradından bir neçə il sonra çap edilən “Hophopnamə”nin 1929-cu il nəşrinə sözügedən şeir salınmadı. Həmin nəşrin tərtibçisi Əliabbas Müznib idi.

 Molla Nəsrəddin jurnalının iki redaktoru vardı. Birincisi Mirzə Cəlil, ikincisi isə Ömər Faiq Nemanzadə. Maraqlıdır ki, Mirzə Cəlil kimi mətbəxi yaxşı bilən Ömər Faiq də bu şeirin Sabirə məxsus olduğunu inkar edir.

 Bəs şeiri kitaba kim salmışdı?

 Bildiyimiz kimi “Hophopnamə” 1912-ci ildə, Sabirin vəfatından bir il sonra çap edilmişdi. Kitabın tərtibçisi Sabirin yaxın dostu Abbas Səhhət idi.

 Abbas Səhhət kitaba yazdığı ön sözdə bu şeirlə bağlı qeyd var:

 “Həmin məcmuənin 4-cü nömrəsindən başlayaraq  “Millət necə tarac olur...” mətlələli şeirə ən əvvəl həcvi-məlih yazıb “Hophop” imzası qoyulur”.

 Lakin bu yanlış idi, çünki o şeir Hophop imzası ilə yox, imzasız çap edilmişdi.

 Və “Millət necə tarac olur...” şeiri ilə bağlı mübahisələr əslində Abbas Səhhətin bu səhvi ilə başlamışdır.

 Abbas Səhhət Sabirin ən yaxın dostlarından idi, o əlbəttə ki, Sabirə Mirzə Cəlildən də, Ömər Faiqdən də yaxşı bələd idi.

 Lakin söhbət Molla Nəsrəddin jurnalındakı çapdan gedirsə bu sahədə redaktorların ümumi fikri əsas götürülməlidir.

 1950-ci illərdən bu yana filoloqlar arasında

Kulis.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az