Milyonçular Rusiya və Türkiyədən qaçır - Statistika

Milyonçular Rusiya və Türkiyədən qaçır - Statistika
2018-ci il ərzində Rusiyanı 7 min milyonçu tərk edib.

Axar.az xəbər verir ki, bu nəticə "New World Wealth” apardığı tədqiqatdan sonra ortaya çıxıb. Məlumata görə, milyonçu axınının bu göstəricisi ucbatından Rusiya dünyada ikinci yerdə qərarlaşıb. Birinci yeri isə Çin tutub. Belə ki, bu ölkədən keçən il ərzində 15 min milyonçu qaçıb.
Onlardan sonrakı yerlərdə isə Hindistan, Türkiyə və Fransa qərarlaşıb. Hindistanı 5 min, Türkiyəni 4 min, Fransanı isə 3 min milyonçu tərk edib.
Ölkələrini tərk edən milyonçular daha çox Avstraliyaya üz tuturlar. Keçən il ərzində bu ölkəyə 12 min milyonçu gəlib. Ondan sonrakı yerlərdə isə ABŞ (10 min) və Kanada (4 min) qərarlaşıb.

 
Miq.az
 

 

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az