Moskva bazarında azərbaycanlılara hücum, yaralılar var

Moskva bazarında azərbaycanlılara hücum, yaralılar var

Bu gün Moskvadakı Çeremuşkinski bazarında soyuq və travmatik silahlardan istifadə olunmaqla kütləvi dava baş verib.

Miq.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Vzqlyad” qəzeti Rusiya paytaxtının hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"Şəxsi mühafizə müəssisəsinin əməkdaşları əsasən Azərbaycandan gəlmiş onlarla ticarətçini ərazidən çıxarmağa cəhd ediblər. Amma fəal kütləvi etirazla qarşılaşıblar”, - deyə mənbə nəşrə bildirib.

İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb. Onların xəstəxanaya yerləşdirildikləri bildirilir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az