Moskvada azərbaycanlı iş adamı qətlə yetirilib. Rusiya paytaxtında azərbaycanlı iş adamı odlu silahla qətlə yetirilib. APA-nın Moskva bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Paytaxtın “Persenskiy val” adlanan ərazisində “Toyota Land Cruiser” markalı avtomobildə bir kişi meyiti və yaralı qadın aşkar edilib. Qətlə yetirilən şəxs Moskvada fəaliyyət göstərən iş adamı, 1959-cu il təvəllüdlü İlqar Cəbrayılov, yaralı qadın isə onun həyat yoldaşıdır. İş adamı Moskvada spirtli içki məhsullarının satışı ilə məşğul olurmuş. Şahidlərin sözlərinə görə, killer yol ayrıcında gözləyən avtomobilin qabağına keçərək bir neçə dəfə odlu silahdan atəş açıb. İ. Cəbrayılov avtomobili hərəkətə gətirməyə cəhd edib. O, yaralı halda avtomobili qarşısında dayanmış avtomobilə çırpıb. Faktla bağlı Moskva hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?