Moskvada metro keçidində partlayış olub – Yaralananlar var

Moskvada metro keçidində partlayış olub – Yaralananlar var

Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən "Kolomensk” metro stansiyasının keçidində partlayış olub.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu Moskvanın təcili xidmətlərindən bildiriblər.

Məlumata görə, partlayış Andropov prospektindəki "Kolomensk” metrosunun yeraltı keçidində baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.
Şahdilərinin dediyinə görə, partlayış nəticəsində 5 kv.m. sahədə yanğın olub. Məlumata görə, yanğın söndürülüb.
Polis hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyini açıqlayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az