Moskvada Qarabağ görüşü: Ermənistan üçün fəlakət başlayır

Moskvada Qarabağ görüşü: Ermənistan üçün fəlakət başlayır
İrəvanın yenidən danışıqlara başlamasının arxasında nə dayanır?

"Azərbaycan Rusiyanın dəstəyi ilə Ermənistanı məcbur etməyə çalışır ki, İrəvan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilkin şərtlərindən imtina etsin. Daha sonra Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşlər təşkil edilsin."

İstiPress-in məlumatına görə, erməni ekspert Aykazn Qaqriyan "Lragir" saytında dərc etdiyi məqaləsində Lavrov-Məmmədyarov-Nalbandyan görüşünü şərh edərkən belə deyir. Onun sözlərinə görə, Ermənistan ilkin şərtlərdən imtina etsə bu, böyük fəlakətlə nəticələnəcək.
"Əvvəlki üçtərəfli görüşlərdə Rusiya Ermənistana təzyiq göstərmirdi. Amma bu dəfə vəziyyət fərqli oldu. Məsələ burasındadır ki, Rusiya bir növ Azərbaycanı cilovlamağa çalışır. Ona görə də Moskva İrəvana təzyiq göstərdi ki, Bakı ilə bir masa arxasında əyləşsin və danışıqlara başlasın”, - deyə erməni ekspert bildirib.
A.Qaqriyan hesab edir ki, Ermənistan ilkin şərtlərdən imtina etməməlidir, əks halda İrəvan, eyni zamanda Serj Sarkisyan üçün bu, çox pis nəticələr verəcək.
Son vaxtlar Ermənistan Azərbaycanla danışıqlara gəlmirdi. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da bəyan etmişdi ki, Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar dayanıb, İrəvan danışıqlara yaxın durmur. Azərbaycanın yürütdüyü siyasət nəticəsində Rusiya İrəvana təzyiq göstərərək məcbur etdi ki, görüşə gəlsin.
Azərbaycanlı politoloqlar da Ermənistanın artıq çıxış və qaçış yolunun olmadığını qeyd edirlər. Ötən gün politoloq Tofiq Abbasov saytımıza açıqlamasında Ermənistanın ən azı 1 il vaxtının olduğunu qeyd edib.
"Ermənsitdanda aprelin 2-də parlament seçkiləri keçirildi. Ən azı gələn ildən Ermənistan parlament respublikası olacaq. Azərbaycan tərəfi də bunu başa düşür və onlara qısamüddətli möhlət verib. Bu müddət başa çatdıqdan sonra ermənilər mövqe bildirməsələr, vəziyyət birmənalı şəkildə dəyişəcək. Bu müddət ərzində Ermənistan münaqişə ilə bağlı öz mövqelərini, nə istədiklərini ortaya qoymalıdır. Əks təqdirdə Azərbaycan hərbi yoldan istifadə edəcək”, - deyə politoloq bildirib.
Moskvada Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb. Nazirlərin üçtərəfli görüşünün yekunları ilə bağlı bəyanat yayılıb.
"Aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb”, - deyə bəyanatda qeyd olunur.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az