Moskvada uşaq bağçasında azərbaycanlı qızın ölümü ilə bağlı TƏFƏRRÜAT

Moskvada uşaq bağçasında azərbaycanlı qızın ölümü ilə bağlı TƏFƏRRÜAT
Ötən gün Moskvada uşaq bağçalarının birində vəfat etmiş azərbaycanlı qızın atası Niyazi Rzayev qızın ölümü haqqında təfərrüatları açıqlayıb.

Miq.az Trend-ə istinadən xəbər verir ki, qız digər uşaqlarla açıq havada olarkən huşunu itirib.
N.Rzayev qızınını bir ay əvvəl analizlər verdiyini və tamamilə sağlam olduğunu deyib. O, həmçinin qızının tərbiyəçilərdən xoşu gəlmədiyini qeyd edib.
Hazırda qızın ölümü ilə Rusiya İstintaq Komitəsi cinayət işi başlayıb.

Qeyd edək ki, bağça tərbiyəçilərinin sözlərinə görə, onlar 25 uşaqdan ibarət qrupu gəzintiyə çıxarıb. Bir müddətdən sonra Zəhra Rzayevanın qrupda olmadığı məlum olub. Onu qısa müddət sonra qarda huşsuz vəziyyətdə tapıblar.
Uşaqlar bildirib ki, qız onların daha əvvəl oynadığı evə gedib, oyuncaqları götürmək istəyib.
Bağçaya təcili yardım çağırılıb. Bütün səylərə baxmayaraq Z.Rzayevanı xilas etmək mümkün olmayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az