Moskvadan SSRİ-ni bərpa etmək çağırışı

Moskvadan SSRİ-ni bərpa etmək çağırışı

Rusiya Dövlət Dumasının Vahid Rusiya Partiyasından olan deputatı Yevgeni Fyodorov qəribə bəyanatla çıxış edib.

ANS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Rusiyanın məqsədini açıqlayıb.

O, deyib ki, ölkəsinin planlarına 1945-ci il sərhədlərini bərpa etmək daxildir. "Bizim məqsədimiz - Rusiya dövlətinin tarixi ərazilərini 1945-ci il sərhədləri daxilində bərpa etməkdir". O, deyib ki, keçmiş Sovet İttifaqının ərazisi Böyük Rusiyanın ərazisidir. Onu 1991-ci ildə qanunsuz olaraq pozublar. "Bəlkə bizdə kimsə bunu anlamır?".

Deputataın sözlərinə görə, rusları Suriyadansa, keçmiş sovet ittifaqı xalqalarına qarşı səfərbər etmək daha asan olacaq.

Yevgeni Fyodorov - deputat

Deputat deyib ki, Rusiya Federasiyasının məqsədi keçmiş SSRİ respublikalarının ərazisini tutmaq olmalıdır. "Keçmiş SSRİ-nin bütün ərazisi beynəlxalq hüquqa görə, bizim vətənimizin, bizim millətin ərazisidir. Biz bu sərhədlərin daxilinə də qayıtmalıyıq. Biz bunu etməli olacağıq”.

Bununla belə Fyodrov deyib ki, NATO ilə mübarizə aparmaq düzgün olmazdı. Amma sanksiyalara və rusiyalıların həyat şəraitinin pisləşməsinə baxmayaraq tarixi Rusiya sərhədlərini bərpa edilməlidir.

"Bizim nəyə görə səbr edib, dözürüksə o da bizdə olmalıdır. Həm şəxsi planda, həm sosial, həm bəşəri".


Rusiya Dövlət Duması

Hələ bir neçə il öncə ruslar SSRİ-nin bərpası ilə bağlı arzularını dilə gətiriblər. Rusiya Dövlət Dumasının Liberal-Demokratlar Partiyası fraksiyasının üzvü Mixail Deqtyarev Kremli ağ rəngə boyamağı təklif etmişdi.

Deputat özünün orijinal təşəbbüsünü onunla əsaslandırıb ki, Kreml ağ rəngə boyanmaqla vahid Avrasiya məkanının bərpa olunmasının simvoluna çevrilə bilər. RLDP deputatları bundan əvvəl də Rusiyanın dövlət bayrağının dəyişdirilərək qara-sarı-ağ rəngdən ibarət olan Rusiya İmperiyasının bayrağı ila əvəz olunması təklifi ilə çıxış etmişdilər.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az