MOSKVANIN HÖKUMƏT EVİNDƏ YAZIÇIMIZIN KITABININ TƏQDİMATI OLDU – FOTO
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində - İctimai Palatada və Moskvanın Hökumət Evində Avrasiya Millətlər Assambleyasının Ali Şurasının növbədənkənar iclası və Rusiya Millətlər Assambleyasının konqresi keçirilmişdir.
Tədbirlər çərçivəsində ədəbiyyat üzrə Avrasiyanın 2-ci LiFFt Festivallar Festivalının təşkilat komitəsinin mətbuat konfransı da keçirilmişdir. Bu il Rusiyanın Soçi şəhərində 37 olkənin 170 yazıçısının iştirakı ilə keçirilən festivalın qalibi Azərbaycan yazıçısı Varis Yolçuyev olduğu üçün 2019-cu ildə növbəti festivalın qalibin vətənində keçiriləcəyi elan olunmuşdur.
Fesrtivalın Avrasiya üzrə qalibi Varis Yolçuyevin, eləcə də Rusiya üzrə qalibi Nikolay Şamsutdinovun "Qızıl LiFFt” seriyasından çıxmış kitabları ictimaiyyətə və mediaya təqdim edilmişdir. Həmyerlimizin "Qızıl LiFFt” seriyasından ingilis, rus və ana dilində "Metamorfoz” adlı romanı çap olunmuşdur.
Təqdimatda Avrasiya ölkələri və Rusiyanın ictimai-siyasi, elm, ədəbiyyat xadimləri, diplomatik korpusların nümayəndələri, KİV nümayəndələri iştirak etmişlər.
Xatirladaq ki, Avrasiya üzrə 1-ci LiFFt festivallar festivalının qalibi məşhur qazax yazıçısı Oljas Süleymenov olmuşdur.
Miq.az