“MTN işi”ndə adı keçən qadın həbsxanada öldü

“MTN işi”ndə adı keçən qadın həbsxanada öldü
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

Miq.az  xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.

Qeyd edək ki, C.Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.

Məlumata görə, C.Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.

Onu da qeyd edək ki, C.Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C.Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az