MTRŞ-dan Xoşqədəmin yeni verilişi ilə bağlı - Açıqlama

MTRŞ-dan Xoşqədəmin yeni verilişi ilə bağlı - Açıqlama

ANS televiziyasında Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu "Deməsək olmaz” verilişi bir-biri ilə silsilə təşkil etmir. Ancaq "Sən tək deyilsən” və "Xoşqədəmlə axtarıram səni” verilişləri bir-biri ilə silsilə təşkil edirdi.

VİZUAL.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından (MTRŞ) bildirilib.

""Xoşqədəmlə axtarıram səni” verilişində itkin düşmüş şəxslər axtarılırdısa, "Sən tək deyilsən” verilişində sosial problemlər, ailə-məişət səviyyəsində, gəlin-qaynana, ər-arvad problemləri müzakirə olunurdusa, "Deməsək olmaz” verilişində konkret mövzu qoyulur və o mövzu ətrafında müzakirələr aparılır. Məsələn, onkoloji xəstəliklər müzakirə olunur. Ekspertlər, mütəxəssislər dəvət olunur. Artıq növbəti verilişdə başqa mövzu müzakirəyə çıxarılır. Təbii ki, "Deməsək olmaz” Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu əvvəlki verilişlərdən fərqlənir” – deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsi "Deməsək olmaz” verilişində neqativ hal aşkarlamayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az