Müharibə və 20 Yanvar əlilləri üçün Prezident təqaüdünün məbləği artırılıb
Prezident İlham Əliyev müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncamlar imzalayıb.
Miq.Az xəbər verir ki, sərəncamlara əsasən, müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.
Miq.Az