Mühasib özünü asdı

Mühasib özünü asdı

Lənkəran rayonu, Haftoni qəsəbə İcra Nümayəndəliyinin mühasibi intihar edib.

Miq.Az xəbər verir ki, 35 yaşlı Ramil Abdullayev ötən gün özünü asaraq həyatına son qoyub. Onun yaşadığı evin həyətində, yardımçı tikilidə intihar etdiyi bildirilir.

Qeyd edək ki, R.Abdullayev daha əvvəl sakini olduğu Kosalar kəndinin icra nümayəndəsi işləyib. Bir müddət öncə Haftoni qəsəbə nümayəndəliyində işə təyinat alıb.

Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda araşdırma aparılır.

(Qafqazinfo)


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az