Mülki azərbaycanlıları qətlə yetirən “tənha canavar” öldü
Ermənistanın "Sasna Çrer” qrupunun ən fəal üzvlərindən biri sayılan Araik Xandoyan ölüb.
Bu barədə Sasna Çrer Partiyası katibliyinin koordinatoru Varucan Avetisyan danışıb.
"Təxminən bir saat əvvəl Araik Xandoyan ölüb”, - Avetisyan Feysbuk hesabında yazıb.
Xatırladaq ki, 47 yaşlı Araik Xandoyan Qarabağın işğalında iştirak edib. O, 1989-cu ildə Sovet ordusu sıralarından qaçaraq Qarabağa gəlib. A.Xandoyan Qarabağda mülki azərbaycanlılara qarşı qəddarlığına görə "yalquzaq” ("tənha canavar”) ləqəbi almışdı./Axar.az/
Miq.Az