Mövludun məzar daşına yazılan yazı ürək parçaladı: "Darıxanda zəng elə"

Mövludun məzar daşına yazılan yazı ürək parçaladı:
Yazıçı Kəramət Böyükçölün bir neçə gün əvvəl intihar edən jurnalist Mövlud Mövludla bağlı son paylaşımı ürək parçalayıb.

Miq.az baku.ws-ə istinadən xəbər verir ki, yazıçı dostları onun məzarını ziyarət ediblər. Kəramət Böyükçöl jurnalistin baş daşına yazılmış yazıdan bəhs edib.

"Mövludun balaca bir baş daşı vardı. Taxtadan qoyulmuşdu, müvvəqqəti idi. Qırmızı qələmlə üstünə yazdım ki, darıxanda zəng elə. Oturub zəng gözləyirəm"...

Xatırladaq ki, Mövlud Abdullayev - Mövlud Mövlud 16 mart 2017-ci il gecə saat 2 radələrində özünü işlədiyi ofisin yerləşdiyi binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Bu xəbər onu tanıyan hər kəsi dərindən sarsıdıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az