Naftalanda millət vəkilinin bacısı qəzaya düşdü

Naftalanda millət vəkilinin bacısı qəzaya düşdü
Naftalanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Miq.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Qaşaltı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Qaşaltı kənd sakinləri, 1980-ci il təvəllüdlü İlhamə Əhmədova, 2000-ci il təvəllüdlü Gülpəri Qocayeva, 1963-cü il təvəllüdlü Həmidə Aslanova və 2003-cü il təvəllüdlü Vüqar Hacızadə müxtəlif bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, qəzaya düşən H. Aslanova 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilən Mahir Aslanovun bacısıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az