Naibə Allahverdiyeva balaca kişi ilə... - FOTO

Naibə Allahverdiyeva balaca kişi ilə... - FOTO

Reklam çarxında çəkildi

Vətəninfo.az-ın informasiya dəstəyi ilə növbəti bir reklam çarxının çəkilişi başa çatdı. Yaradıcı qrupumuzla bərabər reklam çarxının çəkildiyi İsmayıllı rayonuna üz tutduq. Təbiətin qoynunda, üzüm plantasiyalarının əhatəsində, yaşıllıqlarla zəngin, əsrarəngiz İsmayıllıda yerləşən “Şato Monolit” istirahət mərkəzinin reklam çarxının çəkilişi üçün yolları dəf edib istirahət məkanına çatdıq.

Reklam çarxında əməkdar artist, prezident mükafatçısı Naibə Allahverdiyeva və səhnəmizin ən balaca kişi aktyoru Natiq Fərzəliyev çəkilirdilər. İstirahət məkanını görən Naibə Allahverdiyeva ssenari ilə maraqlandı. Arvadın isti havaya dözə bilməməsi, həyat yoldaşının onu Avropaya aparmaq istəyi maraqlı kadrlarla lentə alındı. Ərinin istəyinə zidd gedərək Avropanı yox, məhz “Şato Monolit”i seçməyi mübahisəli məqamlarla yadda qaldı. Sonda arvad ərini istirahət üçün məhz “Şato Monolit”i seçməyi məsləhət gördü və buna nail oldu. Yay, qış hovuzu, dörd ulduzlu otel, şərab evi, çaxır zavodu, bütün bunlar uzaqda yox, elə istirahət mərkəzində yerləşir. Yerli istehsal olan müxtəlif çeşidli şərablar, üzüm şirələri, çeşid-çeşid çaxırlar çəkiliş prosesi zamanı sənətkarlarımızın diqqətindən yayınmırdı.


Reklam çarxının ssenari müəllifi Alim Nəbioğlu, prodüser Gülbəniz Zeynalova, reklam çarxının layihə rəhbəri Qoşqar Məmmədovdur. Reklam çarxında kikboksinq üzrə üçqat dünya çempionu, sərhəd qoşunlarının kapitanı Fuad Zeynalov da yer alıb. Yaxın günlərdə istirahət mərkəzinin təntənəli açılış mərasimi olacaq. Səhərədək diskoteka, Naibə-Natiq dueti, maraqlı şou-proqramlar qonaqların zövqünü oxşayacaq.


Vətəninfo.az-ın informasiya dəstəyi ilə reklam çarxından maraqlı kadrları sizə təqdim edirik.

Alim Nəbioğlu,

Araz Hacıyev



Bakı-İsmayıllı-Bakı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az